Trampın İrana hücumla bağlı “lovğalandığı” üzə çıxdı

Trampın İrana hücumla bağlı “lovğalandığı” üzə çıxdı
  27 İyun 2023    Oxunub:1029
Bir neçə ay öncə ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana hücumla bağlı Pentaqonun məxfi sənədlərini özündə saxladığı barədə xəbərlər dərc olunmuşdu. İndi həmin sənədlərlə bağlı bəzi məlumatlar açıqlanır.
AzVision.az bununla bağlı audio fayl əldə etdiklərini bildirən “The Washington Post”-a və “CNN”-ə istinadən xəbəbr verir ki, bu 2 dəqiqəlik materialdan Trampın nəinki İrana hücumla bağlı Pentaqonun məxfi sənədlərini saxladığı, həm də onları məxfi dövlət sənədlərinə çıxışı olmayan insanlara göstərdiyi aydınlaşır. Audio faylda Tramp bu sənədlərin hələ də məxfi olduğunu bildiyini açıq şəkildə ifadə edir və hətta onlara malik olmaqla öyünür.

Həmin faylda, 2021-ci ilin yayında Trampa məxsus Nyu-Cersidəki qolf klubunda sabiq prezidentin gələcəkdə nəşri nəzərdə tutulan kitabın müəllifinə və onun naşirinə İrana hücumla bağlı hələ də məxfilik qrifinə malik sənədləri göstərdiyi üzə çıxırr.
Tramp görüşdə iştirak edənlərə Pentaqonun İrana hücum planı barədə də danışır.

“Baxın, sənədlər bunlardır. Prezident kimi mən bunu məxfilikdən çıxara bilərdim, amma indi edə bilmirəm. Çünki çox məxfidir. Maraqlı deyil? Bu olduqca gözəldir” , - Ağ evin 45-ci sahibi deyir.

Bu il may ayının sonunda CNN Xüsusi prokurorluq və Trampın iqamətgahında tapılan məxfi sənədlərlə bağlı iş üzrə istintaqa məsul şəxs Cek Smitin ofisində belə bir səs faylının olduğunu açqılayıb. Amma bundan 3 həftə sonra “Fox News”a müsahibəsində belə bir sənədin mövcudluğundan xəbərsiz olduğunu söyləyib. O, prezidentlikdən getməzdən əvvəl prokuror və federal polis tərəfindən şəxsi kurortundan götürdüyü sənədləri məxfi təsnifatdan çıxardığını, əgər başqa məxfi sənəd varsa, onun mövcudluğundan xəbəri olmadığını bildirib.

Amma audio faylda Tramp ABŞ ordusunun Birləşmiş Qərargah rəisləri komitəsinin sədri general Mark Millinin onun İrana hücum istəyi barəsində tənqidi sözlərinə işarə edərək, sözügedən görüşdə həmin sənədləri göstərir və bunun müəllifinin adını da açıq şəkildə deyir.

“Mənim çoxlu sənədlərim var. Bax bu sənədi (İrana hücum) o (Mark Milli) və Pentaqon hazırlayıb. Pentaqonun və o özü hazırlayıb mənə təqdim etdi. Möhtəşəm deyilmi?”, - Tramp vurğulayıb.

Ona qarşı sürülən ittihamların cavabında Tramp bunun konkret məxfi sənədə deyil, İrana mümkün hücumla bağlı söhbətlərə və qəzet xəbərlərinə istinadən edildiyini bildirib.
AzVision.az


Teqlər: Tramp   İran  





Xəbər lenti