Putin: "Hüquq-mühafizə orqanları vətəndaş müharibəsinin qarşısını aldılar"

   Putin:    "Hüquq-mühafizə orqanları vətəndaş müharibəsinin qarşısını aldılar"
  27 İyun 2023    Oxunub:1032
Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin iyunun 24-də başlatdığı silahlı qiyamı vətəndaş müharibəsi kimi qiymətləndirib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə hərbçilər və hüquq-mühafizə orqanları ilə görüşündə deyib.

O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qiyam zamanı mühüm obyektlərin təhlükəsizliyini təmin edib və vətəndaş müharibəsinin qarşısını alıblar.

V.Putin qeyd edib ki, hadisə zamanı həlak olan pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti