ABŞ: İran İraqdakı pullarını yalnız humanitar işlərə sərf edə bilər
Tehranla aparılan danışıqlar və İraqın Elektrik nazirliyi rəsmilərinin ölkənin qaz idxalına görə İrana olan bütün borclarının ödənilməsi ilə bağlı suala cavabında amerikalı məmur belə deyib.
“ Bayden administrasiyası ABŞ-ın İrana qarşı bütün sanksiyalarını həyata keçirməyə davam edir. ABŞ Dövlət departamenti Konqresslə məsləhətləşərək İraqın ölkədəki məhdud hesaba vəsait köçürməklə İrandan elektrik enerjisi idxalı xərclərini ödəməyə imkan verən bir sıra sanksiyaların ləğvinə icazə verib. ABŞ-ın sanksiyalarına əsasən, bu vəsaitlər yalnız humanitar və digər qeyri-sanksiya əməliyyatlarına (İran üçün) aiddir. Bu vəsaitlər yalnız üçüncü tərəfə (İranla müqavilənin tərəfi) ödənilə bilər və birbaşa İrana köçürülmür” , - Metyu Miller vurğulayıb.
İraqın Elektrik nazirliyinin sözçüsü bir neçə saat əvvəl ölkənin qaz idxalına görə İrana olan bütün borclarının ödənildiyini, lakin sanksiyalara görə bu pulların İrana köçürülə bilmədiyini açıqlayıb.
- Bu borclar İraq Kommersiya bankına kredit fondunda ödənilib. Lakin bu bank Amerikanın sanksiyaları səbəbindən onu İran hökumətinə ötürməkdə çətinlik çəkir”, - İraq Elektrik nazirliyinin rəsmisi deyib.
İran Qaz qəbəkəsinin baş direktoru da bazar günü bu xəbəri təsdiqləyərək bildirib ki, İraqın İrana qaz borcu “indi sıfıra bərabərdir, lakin bəzən İraq Kommersiya Bankından İrana vəsaitlərin köçürülməsində problemlər yaranır” . O, yığılan borcların necə bölüşdürüləcəyi ilə bağlı əlavə məlumat verməyib.
ABŞ-nin sanksiyalarına əsasən, İraqa yalnız İraq dinarı ilə İrandan idxal edilən elektrik enerjisi və qaz pullarını İraq Ticarət bankındakı İran hesabına yatırmağa icazə verilir. İran isə bu resurslardan yalnız İraqın özündən humanitar mallar idxal etməlidir.
Amma İranın İraqdan humanitar mal idxalı son dərəcə azdır, digər tərəfdən də İranın İraqa qeyri-neft ixracı (elektrik və qaz istisna olmaqla) bu ölkədən idxalından 10 dəfə çoxdur. Bu baxımdan, sözügedən vəsaitin praktiki olaraq İraqdan humanitar malların idxalına sərf etməyə yer qalmayacaq.
AzVision.az