ABŞ Konqressmenlərinin İranla bağlı Baydendən tələbi
“Birləşmiş Ştatlar İranın nüvə silahı istehsalı qabiliyyətinə nail olmasının qarşısını almaq üçün səylərini artırmalıdır. Heç bir qeyri-müəyyənlik olmadan İrana məlumat verməlidir ki, onun nüvə proqramında hər hansı irəliləyiş ağır nəticələrə səbəb olacaq. İranın nüvə proqramını cəzasız olaraq davam etdirməsinə icazə verilməməlidir”, - müraciətdə deyilir.
Bir neçə gün əvvəl, 26 amerikalı senator da Co Baydenə məktub yazaraq, İranın nüvə silahına yiyələnməsinin qarşısını almağı xahiş edib. İranda 83,7% zənginləşdirilmiş uran hissəciklərinin aşkarlanması barədə MAQATE-nin ötənilki hesabatına istinad edən həmin senatorlar, bu gün Tehranın uranı 90%-ə, yəni silahın yaradılması səviyyəsinə qədər zənginləşdirməyə qadir olduğunu vurğulayıblar.
Onlar İranın uranı nüvə silahı səviyyəsinə qədər zənginləşdirməyə başlayacağı təqdirdə Co Baydendən İrana qarşı bütün sanksiyaların geri qaytarılması üçün İranla JCPOA (İranın nüvə problem üzrə 5+1 formatı) sazişində yer alan digər Qərb ölkələri ilə birlikdə BMT TŞ-nin 2231 saylı qətnaməsindəki “tətik mexanizmini” işə salmasını tələb ediblər.
AzVision.az