Almaniya Aİ-nin Rusiya aktivlərindən istifadə etməsinə qarşıdır

Almaniya Aİ-nin Rusiya aktivlərindən istifadə etməsinə qarşıdır
  26 İyun 2023    Oxunub:1127
Bir neçə alman məmuru Avropa Birliyinin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın bərpası üçün istifadə etmək planlarına qarşı çıxış edib, onlar belə bir addımın hüquqi və ya maliyyə risklərinə səbəb ola biləcəyinə inanır.
Bu barədə Financial Times qəzeti yazıb. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi nəşrə bildirib ki, Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya etməli olacaq. Alman tərəfi də öz növbəsində sanksiyalar tətbiq olunan Rusiyanın fiziki və hüquqi şirkətlərinin aktivlərinin tapılıb dondurulması üçün qanun çərçivəsində mümkün olan hər şeyi edəcək.

Mənbə həmçinin əlavə edib ki, Ukraynanın bərpası üçün Rusiya aktivlərindən istifadə ideyası mürəkkəb maliyyə və hüquqi problemlər yaradır. Başqa bir məmur bildirib ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankından pul götürsə və ya öz vəsaitlərini yatırmaqdan mənfəət əldə etsə, bu, Polşanın Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb etməsinə səbəb ola bilər.

Digər bir Alman rəsmisi FT-yə bildirib ki, Ədliyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Naziri Marko Buşman AB-nin Rusiya Mərkəzi Bankının aktivlərini ələ keçirmək planını araşdırıb və bunun qanuni olaraq həyata keçirilməsinin qeyri-mümkün olduğu qənaətinə gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti