Baş bankirdən bank faizləri ilə bağlı açıqlama

   Baş bankirdən bank faizləri ilə bağlı açıqlama
  23 İyun 2023    Oxunub:971
"Azərbaycanda hüquq şəxslər üzrə orta kredit faizi 10,1%, fiziki şəxslər üzrə isə 16,1 faizdir. Bu göstərici Rusiyada 8,9 və 12,5 faiz, Gürcüstanda isə 14% və 18,6 fazidir".
Dollar alanda niyə şəxsiyyət vəsiqəsi veririk?
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Baş bankir bildirib ki, yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azalması məqbul hesab edilmir.

"Ona görə ki, kredit faizlərinin azalması inflyasiyanı kəskin artıracaq. Bu isə makroiqtisadi dayanıqlıq nöqteyi-nəzərdən qəbul olunan deyil. May ayının inflyasiyası 11,5 fazidir. Bu ilin sonuna kimi aprel proqnozlarına əsasən illik inflyasiya 8,3 faiz olacaq. Bu da bizim hədəf diapazonumuzdan yüksəkdir".

AzVision.az


Teqlər:  





Xəbər lenti