Ermənistanda keçmiş nazir həbs olunub

   Ermənistanda keçmiş nazir həbs olunub
  15 İyun 2023    Oxunub:744
Ermənistanın keçmiş elm və təhsil naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunub.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun partiya yoldaşı, keçmiş vitse-spiker Eduard Şarmazanov məlumat yayıb.

A.Aşotyanın niyə həbs olunduğu hələ ki açıqlanmayıb.

Siyasətçi daha əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti