"Növbəti sammitdə İsveçin alyansa daxil olmasına zəmanət yoxdur"

   "Növbəti sammitdə İsveçin alyansa daxil olmasına zəmanət yoxdur"
  15 İyun 2023    Oxunub:809
İyulun 11-12-də MATO-nun Vilnüsdə keçiriləcək blokun sammitində İsveçin alyansa qoşulacağına zəmanət yoxdur.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, İsveç Türkiyənin bütün tələblərini yerinə yetirib.

Baş katib qeyd edib ki, Stokholm silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırıb, konstitusiyaya dəyişiklik edib və antiterror qanunvericiliyi tətbiq edib. NATO hesab edir ki, ölkə tezliklə Şimali Atlantika Alyansına üzv olmalıdır.

“Lakin hələlik İsveçin Vilnüs sammitinə qatılacağına zəmanət yoxdur, biz bunun üzərində fəal işləyirik”, - Stoltenberq bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti