Dünyadakı qaçqın uşaqların sayı açıqlanıb

   Dünyadakı qaçqın uşaqların sayı açıqlanıb
  15 İyun 2023    Oxunub:5422
UNICEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) 2022-ci ilin sonuna qədər qaçqın düşən uşaqların sayının 43,3 milyona çatdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə qurumun dünyadakı qaçqın uşaqlarla bağlı dərc olunan hesabatında qeyd edilib.

UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib ki, qaçqın uşaqların sayının artması bütün dünyada münaqişələr, böhranlar və iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətlərlə bağlıdır”.

Hesabatda köçkün uşaqların çoxunun bütün uşaqlığını bu şəkildə keçirdiyinə diqqət çəkilərək qeyd edilib ki, son 10 ildə qaçqın köçkün uşaqların sayı iki dəfə artıb.

Hesabatda əsasən, Ukrayna müharibəsi nəticəsində 2 milyon uşaq qaçqın olub, 1 milyon uşaq isə ölkə daxilində məcburi köçkün olub.

Hesabatda 43,3 milyon uşağın 60 faizinin qarşıdurma və zorakılıq nəticəsində evlərindən didərgin düşdüyü, sığınacaq istəyən uşaqların sayının isə 17,5 milyona çatdığı bildirilib.

Sudandakı qarşıdurmalar səbəbilə artıq 940 min uşağın didərgin düşdüyü bildirilən hesabatda ekstremal hava hadisələrinin də milyonlarla uşağı evindən didərgin saldığı qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti