Kiprin xilası baha başa gələcək

Kiprin xilası baha başa gələcək
  12 Aprel 2013    Oxunub:1410
Kiprin xilası proqramı artıq 17 milyard avro yox, 23 milyard avro ilə qiymətləndirilir.
Müxtəlif informasiya agentliklərinin məlumatına görə, Kiprin xilası proqramı artıq 17 milyard avro yox, 23 milyard avro ilə qiymətləndirilir. Bununla yanaşı kreditorlar Nikosiyaya yalnız 10 milyard avro ayıracaqlar. Eyni zamanda “üçlüyün”( Avropa Birliyi, Avropa Mərkəzi Bankı, və Beynəlxalq Valyuta Fondu) hesablamalarına görə, yaxın iki ildə adanın iqtisadiyyatı 12 % geriləyəcək. Avropa maliyyə nazirləri məhz bu məsələni bu gün və sabah Dublində müzakirə edəcəklər.

Bu arada Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Nyu-Yorkda bəyan edib ki, Kipri xilas etməyin vacib və doğru olduğunu düşünür.

“Avropa ölkələrinin əksəriyyəti büdcə intizamına əməl etməlidirlər. Kiprdəki vəziyyət digərləri üçün bir model olaraq qalmamalıdır. Kipr modeli bir standart ola bilməz, çünki heç özü də standartlara cavab vermir. Kiprin bank sistemi digər regionların eləcə də Avropanın digər ölkələrinin bank sistemindən fərqlənir”.

Ofşorun sonunun gəldiyi hazırki vaxtda Kipr hökuməti büdcəsini doldurmaq üçün hələlik alternativ yollar axtarır. Kiprin öz qızıl ehtiyatının bir hissəsini satacağı ilə bağlı yayılan xəbərlər isə dünya bazarlarında bu metalın qiymətinin düşməsinə səbəb olub. Bir sözlə mərkəzi bank bildirib ki, Kiprin bu qərarı xilas olmaq üçün “çoxsaylı imkanlardan” biridir.


Teqlər:





Xəbər lenti