Gələn həftə “Taxıl müqaviləsi” üzrə yüksək səviyyəli görüş keçiriləcək

Gələn həftə “Taxıl müqaviləsi” üzrə yüksək səviyyəli görüş keçiriləcək
  05 May 2023    Oxunub:1350
Gələn həftə İstanbulda “məhsul sövdələşməsi” mövzusunda yüksək səviyyəli görüş keçiriləcək. Bu barədə RİA Novosti-yə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib.
"BMT nümayəndələri bu gün gələn həftə İstanbulda keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədilə Türkiyə hökuməti tərəfindən çağırılan texniki iclasda iştirak edəcəklər", - Haq bildirib.

O, çətinlikləri aradan qaldırmaq üçün bütün tərəflərlə konstruktiv və səmimi müzakirələrə ümid etdiyini bildirib.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti