Dünyada ərzaq qiymətləri bahalaşıb

   Dünyada ərzaq qiymətləri  bahalaşıb
  05 May 2023    Oxunub:1198
Aprel ayında dünyada şəkər, ət və düyü daxil olmaqla ərzaq qiymətlərinin sayı son bir ildə ilk dəfə bahalaşıb.
Bu, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı ərzaq qiymətləri indeksində göstərilib. Bu indeks əsas ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri əks etdirir.

Ötən ay göstərici 127,2 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,6% çoxdur. FAO-nun məlumatına görə, indeks 2022-ci ilin aprel ayı səviyyəsindən 19,7% aşağıdır, lakin 2021-ci ilin aprel ayı ilə müqayisədə 5,2% yüksəkdir.

Bununla yanaşı, ekspertlər taxılın qiyməti indeksində ümumi azalma qeyd edirlər - mart ayı ilə müqayisədə 1,7%.

AzVision.az



Teqlər:





Xəbər lenti