Respublika Günümüz Təbrizdə qeyd olunacaq

Respublika Günümüz Təbrizdə qeyd olunacaq
  25 May 2014    Oxunub:1015
Azərbaycanın Təbrizdəki baş konsulluğunun təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçiriləcək.
Baş konsulluqdan verilən məlumata görə, tədbirdə İranın dövlət və hökumət nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, şəhər ictimaiyyətinin və mətbuat təmsilçiləri iştirak edəcəklər.

Mərasimin rəsmi hissəsində Azərbaycan Respublikasının dövlətçilik tarixi və keçdiyi inkişaf yolu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticələri barədə məlumat veriləcək.

Tədbirdə sənədli film nümayiş etdiriləcək, iştirakçılara Azərbaycan həqiqətləri barədə əyani vəsait paylanaca.


Teqlər:





Xəbər lenti