İnternetdə informasiya savaşı qızışır

İnternetdə informasiya savaşı qızışır
  24 May 2014    Oxunub:1092
ABŞ ilə Rusiya arasında olan rəqabət internetə də keçib və virtual dünyada, sosial şəbəkələrdə, bloqosferada əsl informasiya savaşı aparılır.

Hər iki ölkənin diplomatik orqanları Twitter, Facebook, YouTube və digər populyar platformalarda qarşı tərəfə zərbələr vurmağa çalışırlar.

Məsələn, ABŞ Dövlət Departamenti YouTub-da `UkrProqress` adlı kanal açdıraraq, Rusiyaya qarşı əks-təbliğat materiallarını orada yerləşdirir. Bu materiallarda belə bir fikir aşılanır ki, Amerika ilə qarşıdurma Rusiyaya çox baha başa gələcək və ölkənin gələcəyi qaranlıqdır.

Eyni zamanda Tvitterdə də `UkrProqress` mikrobloqu yaradılıb. Departamentin rəsmi diplomatik dildə deyilə bilməyən bütün fikirləri bu blokda yayımlanır. Amerikaya bağlı olan təşkilatlar, şəxslər isə dərhal həmin fikirləri paylaşırlar.

Rusiya da öz növbəsində bu `internet diplomatiyası`na cavab verməyə çalışır. Ölkənin xarici işlər naziri Facebook-da və Twitter-də hesab açıb. Rusiyalı diplomatlar aktiv şəkildə fikirlərini sosial şəbəkələrdə paylaşır və amerikalılara zərbələr vurmağa çalışırlar.

Hətta ruslar daha hiyləgər tərpənməyi də bacarıblar. Belə ki, amerikalılar Tvitterdə #UnitedForUkraine heşteqi yaratmışdılar. Həmin heşteq kifayət qədər populyarlaşandan sonra ruslar da ondan öz məqsədləri üçün istifadə etməyə başladı.

Ekspertlərə görə, Rusiya 2008-ci ildə Şimali Osetiyada hərbi əməliyyatlar zamanı informasiya müharibəsində uduzmasından dərs götürüb və indi informasiya cəbhəsində daha fəaldır.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti