Ərdoğan nümayişçini təpikləyən müşavirini qovdu

Ərdoğan nümayişçini təpikləyən müşavirini qovdu
  24 May 2014    Oxunub:999
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soma mədənində baş verən qəza ilə bağlı keçirilən etiraz aksiyaları zamanı yerə yıxılan nümayişçini təpikləyən müşaviri Yusif Yerkeli vəzifəsindən azad edib.
Bu barədə Türkiyənin “Sabah” qəzetinə nazirlikdə olan mənbə xəbər verib.

Onun yerinə kimin təyin ediləcəyi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Yusif Yerkel 2011-ci ildən baş nazirin müşaviri vəzifəsində çalışır. Xatırladaq ki, Türkiyənin Manisa vilayətindəki Soma mədənində baş vermiş qəzadan sonra hökumətə qarşı keçirilən aksiyalar zamanı baş nazirin müşaviri Yusif Yerkel yerə yıxılan nümayişçilərdən birini təpikləmişdi. Onun təpiklədiyi şəxs Somada mədəndə həlak olan işçilərdən birinin qohumu idi./anspress


Teqlər:  





Xəbər lenti