İstanbulda 6.7 ballıq zəlzələ - YENİLƏNİB (3)

İstanbulda 6.7 ballıq zəlzələ - YENİLƏNİB (3)
  24 May 2014    Oxunub:1065
İstanbulda, `Gökçeada`-nın qərbində 6.7 bal gücündə zəlzələ olub. Zəlzələ Manisa, İzmir, Çanakkale ve Balıkesir-də də hiss edilib.

İtki və dağıntılar haqqında heç bir məlumat yoxdur.

Amerika Geoloji Araşdırma Mərkəzi bildirib ki, zəlzələnin episentri Yunanıstanda olub. Episentrdə zəlzələnin gücü 7.2 bal imiş.

İstanbulda insanlar küçələrə axışıb, telefon şəbəkələri müəyyən müddətə sıradan çıxıb.

Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar .

Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Son məlumatlara görə, bir nəfər zəlzələdən həyəcan keçirərkən ürək tutmasından vəfat edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti