Britaniyada Kameron dövrü başa çatır - VİDEO

Britaniyada Kameron dövrü başa çatır - VİDEO
  23 May 2014    Oxunub:1032
İngiltərədə Avropa Parlamenti seçkiləri ilə yanaşı yerli seçkilər də keçiriləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkilərdə İngiltərənin 30 partiyası iştirak edir. Ölkədən Brüsselə isə 73 üzv göndəriləcək.

İngiltərənin hazırkı baş naziri Devid Kameronun lideri olduğu Mühafizəkarlar Partiyasının çox səs toplaya bilməyəcəyi və radikal sağçı İngiltərə Müstəqillik Partiyasının (UKİP) üstünlük qazanacağı bildirilir. Bunun səbəbi isə İngiltərədə Avropa Birliyinin əleyhinə olanların sayının artmasıdır.

UKİP sədri Nigel Farac da tələb edir ki, İngiltərə Avropa Birliyindən çıxmalıdır. Hazırda İngiltərədə Avropa Birliyi ilə bağlı iki qruplaşma yaranıb. Onlardan biri hesab edir ki, Avropa hazırda özünə qapanmış vəziyyətdədir və İngiltərə də orada ayrı bir adadadır. Ona görə də birlikdən çıxmaq lazımdır.

Digər qrup isə bu fikirdədir ki, Avropada dəyişilməli olan çox şey var. Avropadan ayrılmaqla bu dəyişikliyi reallaşdırmaq mümkün olmayacaq. Avropa və İngiltərənin bir-birinə ehtiyacı var. Baş nazir Devid Kameron isə gələn il baş tutacaq seçkilərdə qalib gələrsə, Avropa Birliyi üzvlüyü ilə bağlı məsələnin referenduma çıxarılacağına söz verib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti