Avropa Parlamenti: necə seçilir və işləyir? – VİDEO

Avropa Parlamenti: necə seçilir və işləyir? – VİDEO
  23 May 2014    Oxunub:1687
Mayın 22-25-də Avropa Birliyinin üzvü olan 28 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir. Üzv ölkələrdə 400 milyon seçici səs verəcək. Nəticədə 5 il müddətinə Avropa Parlamentinin 751 üzvü seçiləcək.
AB ölkələri öz əhalisinin sayına uyğun olaraq deputat seçirlər. Parlamentdə Almaniya 96 deputatla təmsil olunduğu halda, Maltadan 3 deputat var. Fransanın 74, Britaniyanın 73 mandatı var.

Parlamentin üzvləri vətəndaşlıqlarına görə yox, Avropa miqyaslı yeddi siyasi qrup halında çalışırlar. İki ən güclü qrup mühafizəkarlar və sosialistlərdir. Siyasi qruplar Komissiya rəhbərlərini müəyyənləşdirirlər.

AzVision.az




Teqlər:





Xəbər lenti