İranda narkotika dəhşəti: hər 3 saatda 1 adam ölür

İranda narkotika dəhşəti: hər 3 saatda 1 adam ölür
  23 May 2014    Oxunub:966
İranda narkotik maddələrdən istifadə etdiyinə görə hər 3 saatda bir nəfər həyatını itirir.
“Media forum” saytının məlumatına görə, bunu İranın daxili işlər naziri Məhəmmədrza Rəhmani Fəzli mayın 22-də jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib: “Gündə orta hesabla 9 nəfər müxtəlif narkotikdən istifadə etdiyinə görə ölür. Hazırda ölkədə rəsmən 1 milyon 325 min nəfər narkoman var”.

Nazir vurğulayıb ki, əslində narkotikə aludə olanların sayı daha çoxdur və 1 milyon 325 min nəfərin üzərinə 5 milyondan çox adamı da əlavə etmək mümkündür.

Ötən il ölkədə 570 ton narkotik maddə aşkarlanaraq müsadirə edilib və bununla əlaqədar 270 min nəfər həbs olunub. Tutulanların çoxu bildirib ki, narkotik maddələrin satışına həm də özü narkoman olduğuna görə qoşulub”.


Teqlər:





Xəbər lenti