Ukrayna: seçkilər və namizədlər - FOTOİNFORMASİYA

Ukrayna: seçkilər və namizədlər - FOTOİNFORMASİYA
  22 May 2014    Oxunub:1581
Ukraynada prezident seçkilərinə 23 namizəddən beşi seçki səsverməyə bir neçə gün qalmış geri çəkiliblər.

AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, seçkiqabağı mübarizədə 23 namizəd iştirak edirdi. Səsvermələrə bir neçə gün qalmış beş iştirakçının namizədliyini geri götürdü. Beləliklə, hazırda Ukraynanın dövlət başçısı postu uğrunda 18 namizəd mübarizə aparır. Namizədlərdən 9-u siyasi partiyalar tərəfindən irəli sürülüb. Yerdə qalanlar, o cümlədən biznesmen Pyotr Paroşenko müstəqil namizəddir.

Ukrayna hökumətinin ölkənin cənub-şərqində “anti-terror əməliyyatları”nın davam etməsinə və mayın 11-də Donetsk və Luqansk vilayətlərində müstəqilliklə bağlı referendum keçirilməsinə baxmayaraq səsvermələrə hazırlıqlar davam edir.

Xatırladaq ki, plebisitin nəticələrinə görə, Deonetsk və Luqanks Xalq Respublikaları özlərini müstəqil elan ediblər. Bu arada,Mayın 19-da Donbas qubernatoru Pavel Qubaryov bəyan edib ki, Ukraynada mayın 25-nə təyin olunmuş prezident seçkiləri qeyri-legitimdir və ölkə konstitusiyasını pozur.

AzVision.az Ukraynada seçki kompaniyası prosesini fotolarla təqdim edir.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti