15 dəqiqəyə 3 bank yarıldı

15 dəqiqəyə 3 bank yarıldı
  22 May 2014    Oxunub:976
Ukraynanın Mariupol şəhərində silahlı şəxslər 15 dəqiqəyə 3 bank yarıblar.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən bildirib.

Beş nəfərdən ibarət dəstə təxminən 50 min qriven (4260 ABŞ dolları) oğurlaya bilib. Oğrular bir sxem üzrə hərəkət ediblər: Onlar bank işçilərini avtomatla hədələyərək kassada olan bankları tələb ediblər. Şəhərdə xeyli sayda soyğunçular olduğuna görə, banklar öz şöbələrində böyük məbləğdə pul saxlamırlar. Ona görə də cinayətkarla bu qədər az məbləğdə vəsait əldə edə biliblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti