Qaribaşvilinin sensasiyalı bəyanatı, İrəvanın “Baxmut”a çevrilməsi

   Qaribaşvilinin sensasiyalı bəyanatı,    İrəvanın “Baxmut”a çevrilməsi
  13 Mart 2023    Oxunub:1116
Sabiq erməni deputat, "Altenativ layihələr" qrupunun üzvü Vahe Hovannisyan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, siyasətçi yerli mediaya yeni “erməni reallığı" ilə bağlı danışarkən maraqlı iddialar səsləndirib.

- Gürcüstanın baş naziri İrakli Qaribaşvili sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrin əsas məqsədi Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Ölkə "İkinci mariupol poliqonununa" çevrilə bilər. Gürcüstan hələ ki, bu plana qarşı müqavimət göstərir.

Gürcüstanın “Molotov kokteylləri”nin işıqlandırdığı demokratiya yolu
Ümid edək ki, gürcü cəmiyyəti güclü olacaq. Tanış mənzərədir? Ermənistan da ən azı oktyabr-noyabr aylarından eyni istiqamətdə irəliləyir. Biz neçə dəfə olub ki, müsahibələrdə, məqalələrdə xalqa eyni sözlərlə xəbərdarlıq etmişik ki, bu hökumət Praqa görüşündən sonra tamam başqa oyun oynamağa başlayıb? KTMT-nin ünvanına olan demarşlar, Rusiyanın Ermənistandakı mövcudluğunun “təhlükəsizliyimizi təhdid edən amil” kimi formalaşdırılması, sərhədə Qərbdən müşahidəçi "turistlər"in cəlb edilməsi və s. məsələlər də eyni ssenaridir. Ermənistan regionun “Baxmut”una çevrilməsi yolundadır. Çünki bəziləri bunu hakimiyyəti əldə saxlamaq üçün bir yol kimi görür, - erməni siyasətçi vurğulayıb.

Onun sözlərinə görə Ermənistandan fərqli olaraq Gürcüstanda vəziyyət tamam fərqlidir. Orada öz cəmiyyəti ilə daim dialoqda olan adekvat hakimiyyət hələ də var. Nə qədər çətin olsa da, dövləti fəlakətdən xilas etmək üçün sonadək mübarizə aparacaqlar.

Ermənistanda isə “Baxmut ssenarisi”nə rəhbərlik edən yalnız indiki hakimiyyət olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Baxmut   Gürcüstan   Rusiya  





Xəbər lenti