İmran Xanın həbsinə yeni order verildi
![İmran Xanın həbsinə yeni order verildi İmran Xanın həbsinə yeni order verildi](https://azvision.az/photos/2023/03/845ff079-66c8-33ff-b515-a76af75e0dc5_850-1678705964.jpg)
Dawn qəzetinin yazdığına görə, məhkəmə qərarına əsasən, İmran Xan zaminə buraxılmaq hüququ olmadan həbs olunmalı və martın 29-dək məhkəmə qarşısına çıxmalıdır.
Ötən həftə Xan İslamabad Rayon Məhkəməsində ona xarici hədiyyələrin satışı ilə bağlı iş üzrə keçirilən iclasa gəlməyib.
Keçmiş baş nazirin vəkilləri Xanın 2022-ci ilin noyabrında ona qarşı sui-qəsd cəhdi nəticəsində aldığı əlillik səbəbindən və səhhətinin pisləşməsinə görə məhkəməyə gəlməkdən çəkindiyini bildiriblər.
Yerli KİV-in məlumatına görə, Xan hazırda Pakistanın müxtəlif məhkəmələrində ən azı 37 cinayət işi ilə üz-üzədir. O, demək olar ki, bütün cinayət maddələri ilə - "dövlətə xəyanət", "terrorçuluq"dan "küfr"ə qədər ittiham olunur.
2022-ci ilin oktyabrında Pakistan Seçki Komissiyası Xanı seçkilərdən kənarlaşdırıb və baş nazir kimi gəlirləri haqqında səhv maliyyə hesabatı verdiyinə görə onu beş il müddətinə dövlət vəzifələrində işləmək hüququndan məhrum edib.
Qərar Xanın xarici hədiyyələrin satışından ən azı 36 milyon Pakistan rupisini (137,7 min dollar) mənimsəməsi və ona qarşı aparılan istintaqla bağlı şübhələr fonunda qəbul edilib.
Pakistanın eks-prezidenti 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.
Bundan bir qədər əvvəl Xan hökumətinin ABŞ və yerli müxalifət tərəfindən təhdid edildiyini bildirmişdi. Sabiq baş nazir də dəfələrlə ona qarşı aparılan siyasi proseslərin xaricdən ilhamlandığını və maliyyələşdirildiyini iddia edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: