Tramp: "ABŞ-ı böyük depressiya gözləyir"

    Tramp:    "ABŞ-ı böyük depressiya gözləyir"
  13 Mart 2023    Oxunub:1228
ABŞ yeni böyük depressiyanın astanasındadır. AzVision.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkələrdə yazıb.
Onun fikrincə, bu dəfə 1929-cu ildə olmuş məşhur "depressiya illəri"ndən daha güclü böhran olacaq.

Onun fikrincə, hər şeyin günahkarı prezident Co Baydenin dövründə siyasət yürüdən Ağ Ev administrasiyasıdır.

"Bizi 1929-cu ildəkindən qat-qat güclü Böyük Depressiya gözləyir. Banklar artıq iflasa uğramağa başlayıblar", - Tramp qeyd edib.

Qeyd edək ki, bu günlərdə ABŞ səlahiyyətliləri ən böyük banklardan biri olan Silicon Valley Bank-ı (SVB) bağlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti