`Rusiya Ukraynadakı seçkilərə əngəl törətsə...`

`Rusiya Ukraynadakı seçkilərə əngəl törətsə...`
  22 May 2014    Oxunub:768
`Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinə əngəl törətməsin`
Bunu ABŞ-ın vitse-prezidenti Jo Bayden deyib. Buxarestdə Rumıniya prezidenti Basescu ilə görüşdə Bayden vurğulayıb ki, əgər seçkilər pozulsa, onda Rusiyaya qarşı daha sərt sanksiyalar qoyulmalıdır.

Bayden NATO-nun nizamnaməsinin 5-ci maddəsinə ABŞ-ın sadiq olduğunu bildirib. Həmin maddəyə görə, NATO-nun bir ölkəsinə hücum bütün NATO-ya hücum hesab olunur.

ABŞ-ın vitse-prezidenti baş nazir Ponta ilə görüşdə isə deyib ki, Avropanın təhlükəsiz, şaxələnmiş enerji bazarına ehtiyacı var ki, Rusiya enerjidən silah kimi istifadə edə bilməsin.(ans)


Teqlər:  





Xəbər lenti