Polşa Avropada ən böyük quru qoşununu yaradır
![Polşa Avropada ən böyük quru qoşununu yaradır Polşa Avropada ən böyük quru qoşununu yaradır](https://azvision.az/photos/2023/03/polsa-1678562622.jpg)
Bildirilir ki, Polşa hakimiyyəti öz ÜDM-nin 4%-ni müdafiəyə xərcləmək niyyətindədir ki, bu da NATO standartlarından iki dəfə çoxdur.
Bundan əlavə, Polşanın modernləşdirmə proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS, 288 reaktiv yaylım atəş sistemi və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi alınması daxildir.
Ümumilikdə, Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifarişi verib, 2023-cü il üçün müdafiə büdcəsi isə 26 milyard dollar təşkil edir.
Bundan əlavə, Polşa ordunun sayını iki dəfə - 300 min nəfərə qədər artırmaq niyyətindədir.
AzVision.az