Papa Ukrayna səfəri üçün şərt qoyub

 Papa Ukrayna səfəri üçün şərt qoyub
  11 Mart 2023    Oxunub:1615
Roma Papası Fransisk Kiyevə səfərinin şərtini elan edib.
AzVision.az xəbər verir ki, papa Argentinanın “La Nación” qəzetinə müsahibəsində Moskvaya getmək şərti ilə Kiyevə səfər etməyə hazır olduğunu bildirib.

“Mən Kiyevə getməyə hazıram. Amma bir şərtlə ki, Moskvaya da getmək olar”, - pontifik qeyd edib.

O, ya hər iki paytaxta gedəcəyini, ya da heç birinə getməyəcəyini vurğulayıb və bunun mümkün olacağına ümid etdiyini bildirib.

AzVision.az



Teqlər: Papa   Ukrayna  





Xəbər lenti