Son iki gündə Siciliyaya 2900-dək mühacir gəlib

Son iki gündə Siciliyaya 2900-dək mühacir gəlib
  11 Mart 2023    Oxunub:1120
İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin Aralıq dənizində üç qayıqdan xilas etdiyi 584 miqrant Kalabriya regionuna gətirilib.
AzVision.az xəbər verir ki, göyərtəsində təxminən 500 miqrantın olduğu daha bir gəmi isə Krotone limanına yan alıb. Ötən gün dənizdə ümumilikdə 1300-dən çox miqrant xilas edilib. İki gün ərzində təkcə Siciliya adasına 2900-dək mühacir gəlib. Son üç gündə İtaliya ümumilikdə 3 mindən çox, ilin əvvəlindən indiyədək isə 17 min 592 miqrant qəbul edib.

Xatırladaq ki, fevralın 26-da İtaliya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 74-ə çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti