Çexiya deputatları biznesmenlərlə Tayvana gedir

Çexiya deputatları biznesmenlərlə Tayvana gedir
  11 Mart 2023    Oxunub:954
Çexiya parlamentinin sədri Marketa Pekarova-Adamova jurnalistlərə bildirib ki, martın sonunda biznes nümayəndə heyətləri ilə Tayvana, mayda isə ABŞ-a səfər etməyi planlaşdırır.
Onun sözlərinə görə, hər iki halda söhbət Çexiya biznesinin nümayəndələrinin müşayiəti ilə gələn parlament nümayəndə heyətlərindən gedir. Pekarova-Adamova vurğulayıb ki, Taypeydə keçirilən görüşlər çərçivəsində iqtisadiyyat, sənaye və elm sahələrində Çexiya-Tayvan əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

ABŞ-da Çexiya parlamentinin sədri Konqresin yüksək vəzifəli nümayəndələri ilə görüşməyi, həmçinin ABŞ-da daimi yaşayan həmvətənlərin təşkilatlarına baş çəkməyi planlaşdırır.


AzVision.az


Teqlər:





Xəbər lenti