Gürcüstan baş naziri: `Moskva təxribatçıdır`

Gürcüstan baş naziri: `Moskva təxribatçıdır`
  21 May 2014    Oxunub:1096
Rəsmi Moskva Gürcüstana qarşı təxribat törətməyə davam edir.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Harvard klubunda çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Rusiyanın hərəkətləri birmənalı şəkildə Gürcüstanın təhlükəsizliyinə təsir edir.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə danışıqlarda müəyyən uğurlara nail olsa da, Moskva işğal zonasında tikanlı sədlərin quraşdırılması da daxil olmaqla, bir sıra təxribatlar törəməyə davam edir.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri yoxdur, lakin Gürcüstan hələdə fikir ayrılıqlarını sülh yolu ilə həll etmək və münasibətləri normallaşdırmaq istəyir: “Biz Rusiya ilə danışıqlarda cüzi nəticələr əldə etmişik. Məsələn Gürcüstan məhsulları Rusiya bazarına çıxış əldə etdi, nəqliyyat əlaqələri yaxşılışadı”.

Harvardda çıxışı zamanı Qaribaşvili həmçinin Ukrayna hadisələri haqqında da danışıb və öz narahatlığını ifadə edib: “Təbii ki, biz Ukraynadakı hadisələrlə bağlı narahatıq. Krımın qeyri-qanuni birləşdirilməsindən sonra Ukraynanın şərqində də vəziyyətin gərginləşdirilməsinə başlanıldı. Biz hesab edirik ki, Ukrayna xalqının öz gələcəyini təyin etmək hüququ olmalıdır, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə isə hər kəs hörmət etməlidir. Gürcüstan Ukrayna böhranın sülh yolu ilə həll edilməsi üçün atılan bütün addımları dəstəkləyir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti