Qrossi ikinci müddətə AEBA-nın Baş direktoru seçildi

   Qrossi ikinci müddətə AEBA-nın Baş direktoru seçildi
  10 Mart 2023    Oxunub:869
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İdarəçilər Şurası Rafael Qrossini ikinci müddətə qurumun Baş direktoru vəzifəsinə təyin edib.
Bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. Onun sözlərinə görə, Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ilə kimi AEBA-nın Baş direktoru vəzifəsii icra edəcək.

Qrossi 2019-cu ilin oktyabrında AEBA-nın rəhbəri təyin edilib. AEBA-nın keçmiş baş direktoru Yukiya Amano 2019-cu ilin iyulunda vəfat edib, o, 2009-cu ildən agentliyə rəhbərlik edir.

AzVision.az


Teqlər:





Xəbər lenti