Gürcüstanda qalmaqallı qanun parlamentdən geri götürüldü

 Gürcüstanda qalmaqallı qanun parlamentdən geri götürüldü
  10 Mart 2023    Oxunub:1293
“Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsi onun təşəbbüskarı olan “Xalqın Gücü” ictimai hərəkatı tərəfindən geri götürüb.
Cümə axşamı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası, eləcə də "Xalqın Gücü" ictimai hərəkatının nümayəndələri qanun layihələrini geri götürmək qərarına gəliblər.

Qərar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etirazlar fonunda qəbul edilib. Qanun layihəsinin təşəbbüskarlarının yazılı müraciəti Parlamentin Bürosuna təqdim edilib və tələbi təmin edib.

Plenar iclasda “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsinin Amerika variantına baxılmayıb. Müvafiq olaraq, geri götürülə bilər.

Birinci oxunuşda qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə gəlincə, o, plenar iclasda səsə qoyulub. Birinci qanun layihəsi ilə ikinci (Amerikanın analoqu) arasındakı əsas fərqlərdən biri ondan ibarət idi ki, yalnız hüquqi şəxslər xarici təsir agenti ola bilər.

Eyni zamanda, müəlliflərin fikrincə, terminologiya fundamental idi - "xarici agent" deyil, "xarici təsir agenti" nəzərdə tutulurdu. Onların sözlərinə görə, "xarici agent" termininin istifadəsi damğalanma riskini daşıyır.

Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi “xarici agentlər” haqqında qanunun qəbuluna qəti şəkildə qarşı çıxıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti