"Tonoyan işi" uzanır: "KQB zirzəmisi"ndə olan Qalstyanın səhhəti pisləşib |
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ordunun sursat təchizatında sui-istifadədə ittiham olunur. Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin texniki mülkiyyət xidmətinin rəhbəri Artem Ambaryan, aviasiya idarəsinin baş mühəndisi Vladimir Babayan və silah-sursat sövdələşmələrində iştirak edmiş biznesmen David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. Onlar təqsirlərini etiraf etmirlər.
Tural Tağıyev
AzVision.az