ABŞ Putini yalanladı: Rus qoşunu geri çəkilməyib

ABŞ Putini yalanladı: Rus qoşunu geri çəkilməyib
  20 May 2014    Oxunub:1490
Rusiya prezidenti Vladimir Putinin Ukrayna sərhədindəki rus qoşunlarının geri çəkilməsi ilə bağlı verdiyi əmrinə rəğmən beynəlxalq ictimaiyyətdən təpkilər gəlməyə davam edir.
Ağ Evdən verilən açıqlamada rus əsgərlərinin həqiqətən də geri çəkilməsinə dair heç bir işarə olmadığı bildirilir.

Belə ki, Ağ Evin sözçüsü Cey Karni, bu tərz geri çəkilməni dəyərləndirərkən -“yekun nəticə olaraq, daha əvvəl də olduğu kimi hər hansı bir hərəkətlilik müşahidə etmədik”- deyib.

NATO-nun baş katibi Anders Foq Rasmussen də Putinin 3-cü dəfə eyni bəyanatı səsləndirməsinə baxmayaraq rus qoşunlarının geri çəkilməsini göstərən heç bir fakt olmadığını qeyd edib.

“Rus qoşunlarının geri çəkilməsi, böhranın güclənməsinin qarşısını ala biləcək ilk önəmli addım olacaqdı”- Rasmussen, Rusiya tərəfini verdiyi sözü tutmamaqda qınayıb.

Xatırladaq ki, mayın 19-da Rusiya prezidentin Valdimir Putin, Ukrayna ilə sərhəddə - Rastov, Belqorod və Bryansk vilayətlərində hərbi təlimlər keçən rus ordusunun daimi mövqelərinə geri çəkilməsini əmr etmişdi.



Səbinə həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti