Separatçılar Uorlikin son təklifinə `hə` dedi

Separatçılar Uorlikin son təklifinə `hə` dedi
  20 May 2014    Oxunub:994
“Sərsəng su anbarından birgə istifadə Bakı ilə danışıqlar üçün bəhanə ola bilər`.

Tanınmamış Dağlıq Qarabağ Respublikası su resurslarının birgə istifadəsi məsələsi ilə bağlı Azərbaycanla danışıqlara hazırdır.

“Sərsəng su anbarı Azərbaycanla əməkdaşlığın əsasını qoya bilər, yaxşı ki, amerikalı həmsədr də bu fikirdədir”, - deyə qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinin mətbuat katibi David Babayan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “münaqişə tərəflərinin su ehtiyatlarından birgə istifadə” təklifini şərh edərkən bildirib.

Babayanın sözlərinə görə bu, tərəflər arasında etimad yaranması üçün zəmin yarada bilər.

“Biz öz tərəfimizdən buna hazır olduğumuzu dəfələrlə bəyan etmişik, lakin bu məsələyə Azərbaycanın da marağı olmalıdır. Proses hər iki tərəf üçün əlverişli ola bilər. Həm, baxır Azərbaycan suyun qarşılığında nə verəcək?” - deyə, Azərbaycanın öz sərvətini özünə satan erməni katib, məsələnin texniki tərəflərini müzkirə etməyə hazır olduqlarını bəyan edib.

Səbinə Həsənova
AzVison.az



Teqlər:  





Xəbər lenti