Serbiya XİN səfirliyimizə hücumla bağlı başsağlığı verdi
![Serbiya XİN səfirliyimizə hücumla bağlı başsağlığı verdi
Serbiya XİN səfirliyimizə hücumla bağlı başsağlığı verdi](https://azvision.az/photos/2023/02/1675353063.jpg)
“Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum nəticəsində səfirliyin mühafizə rəisinin öz vəzifəsini yerinə yetirərkən həlak olması və iki təhlükəsizlik xidmətinin əməkdaşının yaralanması ilə bağlı xəbər məni dərindən sarsıtdı.
Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını imzalamış ölkə olaraq, Serbiya diplomatik və konsulluq nümayəndəliklərinə qarşı hər hansı hücumu qəti şəkildə pisləyir və yolverilməz hesab edir.
Serbiya Xarici İşlər Nazirliyi adından və şəxsən öz adımdan hücumun qurbanı olmuş şəxsin ailəsinə, sizə, nazirlikdəki bütün həmkarlarıma və bütün Azərbaycan xalqına başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Teqlər: