Bundan əvvəl HƏMAS nümayəndələri fevralın 15-nə planlaşdırılan girovların İsrailə təhvil verilməsini sonuncunun atəşkəs şərtlərinə əməl etməməsi səbəbindən təxirə salmaq niyyətində olduqlarını açıqlamışdı. İsrail tərəfindən iddia edilən pozuntular siyahısına bunlar daxildir: fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasının, çadırların, yanacaqların, dərmanların və dağıntıların təmizlənməsi üçün avadanlıqların idxalının qarşısının alınması.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edən ABŞ prezidenti Vaşinqtonun Qəzza zolağına nəzarəti ələ alacağını bildirib.
- Biz onu inkişaf etdirəcəyik, minlərlə iş yeri yaradacağıq. Bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir şey olacaq”, - Donald Tramp deyib.
Tramp: "Səbrimiz tükənir" |
Buna rəğmən, dünən Donald Tramp Qəzza sektorunu almaq niyyətini bir daha təsdiqləyib.
"Qəzzanın bərpasına gəlincə, biz onu Yaxın Şərqdəki digər dövlətlərə verə bilərik ki, ərazisinin bir hissəsini inkişaf etdirsin; digərləri bunu bizim himayəmiz altında edə biləcəklər”, - ABŞ prezidenti vurğulayıb.
Tramp, hətta onun Qəzza planının bir hissəsi kimi fələstinliləri qəbul etməyəcəkləri halda, ABŞ-nin müttəfiqləri olan İordaniya və Misirə yardımı “nəzəri” baxımdan dayandıracağı ilə hədələyib.
Sahil İsgəndərov
AzVision.az