“Neftçi” səfərdə “Zirə”ni məğlub edib
![“Neftçi” səfərdə “Zirə”ni məğlub edib
“Neftçi” səfərdə “Zirə”ni məğlub edib](https://azvision.az/photos/2025/02/neftci-zire-1739209139.jpg)
Günün ikinci oyununda “Neftçi” “Zirə”nin qonağı olub.
Gərgin keçən qarşılaşmanın ilk hissəsində qol səsi çıxmayıb.
Görüşün 88-ci dəqiqəsində qonaqların heyətində Emin Mahmudov hesabı açıb. Lakin "Neftçi"nin sevinci çox çəkməyib. Ev sahibləri 2 dəqiqə sonra hesabı 1:1 ediblər. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə "Neftçi" hesabı 2:1 edərək, fantastik qələbəyə imza atıb.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş saat 19:00-da start götürüb.
AzVision.az
Teqlər: