"Fox News"un aparıcısı : Baydenin oğlu məxfi sənədlərin ticarəti ilə məşğuldur - VİDEO
!["Fox News"un aparıcısı : Baydenin oğlu məxfi sənədlərin ticarəti ilə məşğuldur - VİDEO "Fox News"un aparıcısı : Baydenin oğlu məxfi sənədlərin ticarəti ilə məşğuldur - VİDEO](https://azvision.az/photos/2023/02/AP_16230546670169-pic4_zoom-1500x1500-75723-1675341707.jpg)
"FTB Baydenin çimərlik evini əliboş tərk etməyib və müsadirə etdiyi materialları, əlyazma qeydlərini, görüləcək işlər siyahılarını, fotoşəkilləri götürüb. Bu iş sadəcə səhv idarə olunan bir neçə məlumat vərəqindən ibarət deyil. Və ya heç olmasa belə etməməlidir, çünki Hanter Bayden məxfi sənədlərin ticarəti ilə məşğl olan şəxs kimi görünür".
Teleaparıcı qeyd edib ki, əgər FTB heç nə tapmırsa, materiallar və əlyazma qeydləri götürürsə, bu, istintaqın daha böyük olduğunu deməyə əsas verir. O, həmçinin əlavə edib ki, Bayden yalnız soyuqqanlı davranmağa çalışır.
"Bayden deyir ki, hər şey planlaşdırılmışdır və o, razılığa əsasən əməkdaşlıq edir. Sanki bir polis səni saxlayıb baqajı aç deməsi kimi. Nə edəcəksən? Onlara deyin ki, gedib order alsınlar? Xeyr, siz baqajı açırsınız. Bayden çox təzyiq altındadır və o, soyuqqanlı davranmağa çalışır".
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: