İƏT-in Baş katibi Azərbaycan səfirliyinə hücumu pisləyib
![İƏT-in Baş katibi Azərbaycan səfirliyinə hücumu pisləyib
İƏT-in Baş katibi Azərbaycan səfirliyinə hücumu pisləyib](https://azvision.az/photos/2023/01/1102618a-1675175062.jpg)
Bildirilib ki, beynəlxalq hüquq normalarının, o cümlədən “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan baş katib Xusrav Noziri cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.
Qarşı tərəfə dəstəyə görə təşəkkür edən nazir Ceyhun Bayramov səfirliyimizin 1 əməkdaşının həyatını itirməsi, 2 nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törədənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Bu cür hücumların qarşısının alınması üçün qəbul edən tərəfin öhdəliyə malik olduğunu vurğulayıb.
AzVision.az
Teqlər: