"İsrail İrana zərbələri ilə məqsədinə nail olub" - Wall Street Journal
!["İsrail İrana zərbələri ilə məqsədinə nail olub" - Wall Street Journal "İsrail İrana zərbələri ilə məqsədinə nail olub" - Wall Street Journal](https://azvision.az/photos/2023/01/yuiyiyiyu-1675153329.jpg)
Qəzetin mənbələri iddia edirlər ki, İran Müdafiə Nazirliyinin obyektinə olan hücumu İsrail kəşfiyyatı “Mossad” həyata keçirib, zərbələr isə obyektin binalarında dörd yerə endirilib. Mənbələr təfərrüatları açıqlamadan İsrail əməliyyatını uğurlu adlandırıblar.
Xatırladaq ki, bundan əvvəl “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən İran Müdafiə Nazirliyinin İsfahandakı zavoduna pilotsuz təyyarə ilə hücumun arxasında İsrailin olduğunu qeyd etmişdi.
Tural Tağıyev
AzVision.az