"Putinin Ukraynada qələbəsi avtoritar liderlər üçün təhlükəli mesaj ola bilər" - NATO
!["Putinin Ukraynada qələbəsi avtoritar liderlər üçün təhlükəli mesaj ola bilər" - NATO "Putinin Ukraynada qələbəsi avtoritar liderlər üçün təhlükəli mesaj ola bilər" - NATO](https://azvision.az/photos/Yens-Stoltenbergaa122.jpg)
"Prezident Vladimir Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq və eyni zamanda, bütün dünyada avtoritar liderlərə çox təhlükəli mesaj verəcək. Mesaj belə olacaq ki, onlar hərbi güc tətbiq etsələr, öz məqsədlərinə nail ola bilərlər”, - deyə o bildirib.
Qeyd edək ki, Stoltenberq Yaponiyada rəsmi səfərdədir. Gün ərzində o, Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək. Ötən həftə sonu NATO-nun baş katibi Cənubi Koreyaya da səfər edib və burada ölkə rəhbərliyi ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: