"İran-Azərbaycan gərginliyindən istifadə etməliyik" - Erməni politoloq

   "İran-Azərbaycan gərginliyindən istifadə etməliyik" -  Erməni politoloq
  16 Yanvar 2023    Oxunub:1016
Erməni politoloq Qriqor Balasanyan 24TV-nin efirində diqqət çəkən fikirlər səsləndirib. O, Ermənistan hökumətinin xarici siyasətinin istiqamətlərini təhlil edərkən deyib ki, "İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsindən istifadə etməliyik".
Çünki Tehran bölgədə Türkiyə-Azərbaycan cütlüyünün təsirinin güclənməsini istəmir.

Erməni ekspertin fikrincə, İrəvanla Rusiya arasında yaranmış gərginlik artıq pik həddə yaxınlaşır.

“İran müdaxilə etsə, Qərb Azərbaycanı dəstəkləyəcək” – Erməni politoloq
"Biz pik nöqtəyə yaxınlaşırıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə birgə hərbi təlimlər bizə Ermənistanda müəyyən texniki və hərbi resursları saxlamağa imkan verərdi. Çünki təbii haldır ki, ölkəyə təlimə görə nələrsə gətirilirsə, o zaman onun hamısı geri aparılmır. Əgər biz KTMT-dən danışırıqsa, onda biz ilk növbədə Rusiya amilini nəzərdə tutmalıyıq. Beynəlxalq münasibətlərdə gərginliyin və qəzəbin yeri yoxdur. Əslində biz hərbi təlimlərdən faydadadan başqa heç nə əldə etməzdik”, - Balasanyan KTMT-nin Ermənistanda təlimlər keçirməsinin qarşısının alınmasından danışarkən deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İran   Rusiya   Gərginlik  





Xəbər lenti