“Amerikanın qulu olmayacam” - Xorvatiya prezidenti

   “Amerikanın qulu olmayacam” -    Xorvatiya prezidenti
  16 Yanvar 2023    Oxunub:1134
Xorvatiya prezidenti Zoran Milanoviç Qərbin Rusiyaya qarşı sanksiya siyasətini bir daha pisləyib və ABŞ-ın Ukrayna vasitəsilə Rusiya ilə apardığı proksi müharibəyə işarə edib.
AzVision.az xəbər verir ki, bu barədə Z. Milanoviç Vukovarda jurnalistlərə açıqlamasında deyib. "Avropa İttifaqının qərarı öz tarixində ilk dəfə müharibədə iştirak etməkdir. Və bu, Aİ-nin fəaliyyəti haqqında sazişə ziddir", - Milanoviç vurğulayıb.

Siyasətçinin fikrincə, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar vasitəsilə heç nəyə nail olmaq mümkün deyil. Milanoviç Amerikanın qulu olmaq istəməyəcəyini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti