Rusiya nefti Asiyaya Çin supertankerləri ilə çatdırılır

   Rusiya nefti Asiyaya Çin supertankerləri ilə çatdırılır
  16 Yanvar 2023    Oxunub:622
Avropa İttifaqı (Aİ) və G7 ölkələri Rusiyadan enerji daşıyıcıları üçün marjinal qiymətlər tətbiq etdikdən sonra Çin supertankerləri Rusiyadan Asiyaya xammal göndərməyə başlayıblar. Ən azı dörd belə gəmi hazırda Rusiyanın Urals neftini Çinə, digəri isə Hindistana aparır.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verib. Qeyd olunub ki, bütün beş çatdırılma dekabrın 22-dən yanvarın 23-dək planlaşdırılıb. Eyni zamanda, sanksiyalar rejiminə riayət olunması baxımından belə daşımalar “kifayət qədər qanunidir”.

Bu onunla bağlıdır ki, Rusiya nefti hazırda Qərb ölkələrinin bir barel üçün 60 dollar müəyyən etdiyi “tavan”la müqayisədə xeyli aşağı qiymətə satılır. Mənbələr bildiriblər ki, Hindistan neft emalı zavodları "Brent"lə müqayisədə Rusiya neftinin bir barelinə 15-20 dollar endirim alırlar.

İkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti