AEBA Ukraynadakı mövcudluğunu genişləndirir

   AEBA Ukraynadakı mövcudluğunu genişləndirir
  16 Yanvar 2023    Oxunub:1072
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) cari münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün Ukraynadakı mövcudluğunu genişləndirir.
AzVision.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyan edib.

"AEBA hazırkı münaqişə zamanı nüvə qəzasının qarşısını almaq üçün Ukraynadakı iştirakını genişləndirir. Mən Ukraynada bu missiyaya rəhbərlik etməkdən qürur duyuram, bu müddət ərzində biz ölkənin bütün atom elektrik stansiyalarında iştirakı təşkil edəcəyik", - Qrossi deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti