O, qeyd edib ki, Yael Braun-Pive İrəvanda keçirdiyi mətbuat konfransında iki diqqətçəkən bəyanatla çıxış edib. Birincisi, o, Laçın dəhlizi ilə bağlı məsələdən danışarkən “problemin sülh yolu ilə həlli yolları tükənməyib” deyib. Qarabağın müstəqilliyinin tanınmasına gəlincə, Parisin bunun beynəlxalq hüquq normalarına zidd olduğu üçün qondarma rejimi tanımayacağını bəyan edib.
Fransa parlamentinin spikeri erməni jurnalistləri məyus etdi |
Surenyan xüsusi olaraq qeyd edib ki, Qərbin Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyinə dair aydın mesaj səsləndirilib.
O, həmçinin qeyd edib ki. Braun-Pivenin səfəri erməni qərbpərəstlərinin saxta gündəmini də ifşa etdi.
“Biz gördük ki, bir neçə ay ərzində Ermənistanın siyasi arenasında hakimiyyət tərəfindən idarə olunan “Qərb seqmenti” cəmiyyətimizi vaxtaşırı saxta gündəmlə təmin edirdi. Deyirdilər ki, əgər biz xarici siyasət oriyentasiyamızı dəyişsək, bu, Qarabağ probleminə müsbət təsir göstərəcək. Onlar bəyan edirlər ki, Qərb təhlükəsizlik məsələlərində bizə dəstək verməyə hazırdır. Rusiyanın imicini pozur və Qərbi xilaskar kimi təqdim edirlər. Xanım spikerin səfəri kontekstində və onun verdiyi açıqlamalarla gördük ki, bizim “qərbpərəstlərimiz” saxta gündəmlə məşğuldurlar”, - Surenyanç qeyd edib.
Politoloqun sözlərinə görə, məlum səfər nəticəsində erməni cəmiyyətində anti-Fransa ab-havasının yaranması mümkündür. Halbuki, Ermənistanla Fransa arasında həmişə xüsusi münasibətlər olub.
Surenyançın fikrincə, Ermənistanda daim anti-Rusiya əhval-ruhiyyəsinin olması, həmçinin hansısa başqa ölkəyə qarşı əhval-ruhiyyənin dəyişməsi ölkə rəhbərliyinin günahıdır.
Eyni zamanda ekspert fikirlərinə onu da əlavə edib ki, bu gün Ermənistanın dünyada iki tanınmış ölkədən başqa düşməni yoxdur. Dost ölkələr arasında isə Rusiya, Fransa və ABŞ (ATƏT-in Minsk Qrupunun vasitəçi ölkələri) dayanır. Sadəcə olaraq onlarla düzgün işləmək, cəmiyyətə düzgün gözləntilər təqdim etmək lazımdır.
Tural Tağıyev
AzVision.az