ABŞ: "Neftin qiymətinin yuxarı həddi Moskvanın gəlirlərini məhdudlaşdıracaq"
Kirbi həmçinin qeyd edib ki, Vaşinqton Rusiya neftinə qarşı atılan addımların dünya əmtəə qiymətlərinə uzunmüddətli təsir etməyəcəyinə əmindir.
"Biz bu addımın uzunmüddətli perspektivdə qlobal neft qiymətlərinə hər hansı bir təsir göstərəcəyinə inanmırıq". Kirbi əlavə edib ki, mexanizm lazım olanda maksimum qiyməti tənzimləmək imkanını nəzərdə tutur.
Qeyd edək ki, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dekabrın 5-dən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin bir barelinin maksimum qiymətinin 60 dollara qədər tolması barədə razılığa gəliblər.
AzVision.az
Teqlər: