Narkotikə görə 9564 cinayət faktı aşkarlanıb

Narkotikə görə 9564 cinayət faktı aşkarlanıb
  28 Noyabr 2022    Oxunub:331
Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb.
Bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, həmin faktlardan 3 181-i narkotik vasitələrin qanunsuz satışı, 5902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 062 kq 984,171 qr və 32918 həb narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin 2 ton 013 kq 364,252 qr-nı heroin, 1 ton 858 kq 236,599 qr-nı marixuana, 280 kq 269,535 qr-nı tiryək, 28 kq 010,544 qr-nı həşiş, 260,95 qr-nı kokain, 143 kq 153,193 qr-nı və 32918 ədəd həb digər narkotik vasitələr və 739 kq 689,098 qr və 2514 ədəd psixotrop maddə təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 1 kq 808,8 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 80096 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

AzVision.az

Teqlər:







Xəbər lenti