Messi ilə Səudiyyə Ərəbistanı arasında mübahisəli RAZILAŞMA
Bu məğlubiyyətdən sonra Messinin Səudiyyə Ərəbəsitanı ilə əvvəlcədən bağladığı müqavilə ortaya çıxıb. "The Athletic" futbolçunun "Vision 2030" adı altında sponsorluq müqaviləsi imzalandığını açıqlayıb. Xəbərdə Yunanıstan, Misir və Səudiyyə Ərəbistanın birgə "2030 Dünya Çempionatı" təşkil etmələri üçün FİFA-ya rəsmi müraciət edəcəyi bildirilib. Müqaviləyə əsasən, Messi səfir kimi deyil, Səudiyyə Ərəbistanında turizmin inkişaf etdirilməsində iştirak edəcək. Lakin ölkə rəsmilərinin dünya çempionatı FİFA-ya müraciətindən sonra Lionel Messiyə kubokun səfiri təklifi ilə gedəcəkləri qeyd edilib.
"The Athletic" Səudiyyə Ərəbistanın bu təklifi öncə Kristian Ronaldoya 5 milyon sterlink qarşılığında etdiyini qeyd edib. Lakin futbolçu imtina edib. Messi isə Ronaldoya edilən təklifin 5 qatını illik gəlir kimi istəyib.
"Daily Mail" isə Səudiyyə Ərəbistanı ilə Messi arasında bağlanan müqavilənin 25 milyon sterlink dəyərində olduğunu qeyd edib.
"The Athletic"dəki xəbərin təfərrüatında 2030-cu ildə Uruqvayın Argentina ilə birgə dünya çempionatı keçirməyi hədəflədiyi və səfir kimi Luis Suares və Lionel Messinin seçildiyi bildirilib. Məlumatda Messi və Suaresin dünya çempionatının səfirlik təklifini qəbul etdiyi və Argentina-Uruqvayı qəbul etmək üçün FİFA-ya rəsmi müraciət ediləcəyi qeyd edilib.
2022-ci il Qətər dünya çempionatından sonra futbolda 4 illik fasilə başlayacaq. 2026-cı ildə dünya çempionatı ABŞ, Meksika və Kanadanın tərəfdaşlığı ilə keçiriləcək. 2030-cu il Dünya Kuboku üçün rəsmi müraciətlər iyun ayında başlayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: